ON PACK MMC
Müasir texnoloji avadanlıqlar ilə təchiz olunmuş fabrikimiz yapışqan lent növlərinin istehsalı ilə məşğuldur. Fəaliyyətə başladığımız gündən etibarən prioritetimiz müştərilərimiz üçün məhsulların keyfiyyətini və davamlılığını təmin etmək olmuşdur. Yerli istehsalın gücünə və ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərə inanmaqla bərabər, yeni növ yapışqan lentləri sizə təqdim etməkdən qürur hissi duyuruq. Bu qürurlu düşüncəyə Azərbaycanın ən keyfiyyətli qablaşdırma lent istehsalçısı olmaq ideyası ilə başladıq və ölkəmizin yenilikçi markaları, firmaları və fabrikləri üçün yüz minlərlə yapışqan lentlər istehsal edirik. Dizayn və mühəndislik işləri ilə həm özümüzü təkmilləşdiririk, həm də sektorumuzun inkişafına təkan veririk.
Yüksək texnoloji avadanlıqlar ilə keyfiyyətli məhsullar istehsal edirik.
2023-cü ildən Bakıda xidmət göstərən şirkətimiz sürətli və inamlı addımları ilə qısa zamanda sektorun qabaqcıl istehsalçı şirkətlərindən birinə çevrilmişdir. Mebel, reklam sektoru, kənd təsərüfatı, qida və qeyri-qida istehsalçıları kimi müxtəlif sektorlarda ölkəmizdə böyük markalar üçün keyfiyyətli məhsullar istehsal etməyə davam edir və istifadə edəcəyiniz lentlərimiz, sizə yüksək dartılma müqaviməti, etibarlı yapışqanlıq və müxtəlif rəng çeşidliliyi təqdim edir.
Niyə Biz ?
ON PACK MMC - xaricdən gətirilən məhsulların miqdarı, yerli bazarda aşağı keyfiyyətdə istehsal olunan məhsullar və ölkəmizə vurduğu ziyanlar nəzərə alınaraq edilən investisiyadır. İnvestisiyamız ölkəmiz üçün çox dəyərlidir və bu investisiya idxalın azalmasına ciddi təsir göstərəcək. Fərqimiz :
Vizyonumuz :
ON PACK MMC olaraq; Müştərilərimizin bütün tələblərinə operativ və ətraflı cavab verməyi, keyfiyyətin davamlılığını təmin etməyi, ən müasir texnologiyalardan istifadə etməyi, müştərilərimizin məhsullarını istehsal etdiyimiz yapışqan lentlərlə öz sifarişçilərinə təhlükəsiz şəkildə çatdırmağı və müştərilərimizin daim güvəndiyi şirkət statusunda olmağı hədəfləyirik. Eyni zamanda, hədəflərimizə uyğun olaraq şirkətimizin davamlılığını təmin edirik və daima innovativ addımlar atırıq.
Missiyamız :
ON PACK MMC olaraq; İstehsal etdiyimiz məhsullarda xəta payı olmaması üçün İstehsalımızı dəqiqliklə həyata keçirməyə təşəbbüs göstəririk. Məlum olduğu kimi, qablaşdırma sənayesinin ildən-ilə inkişaf etdiyini və qablaşdırma texnologiyasının yenilədiyini dərk edərək, öz üzərimizdə daim işləyir, qlobal bazarlardakı texnologiyaları yaxından izləyirik. Yüksək rəqabət mühitinə görə biz istehsal gücümüzü maksimum səviyyədə saxlamağı, müştərilərimizin bütün tələblərinə cavab vermək üçün istehsal müxtəlifliyimizi artırmağı və rəqabət qabiliyyətliliyini təmin etməyi hədəfləyirik. Bu qürürlu hədəflərə Azərbaycanın ən keyfiyyətli qablaşdırma lent istehsalçısı olmaq ideyası ilə yola çıxmışıq. Sizin də seçiminiz etibarlılıq, keyfiyyət və sizə özəl olan olsun!
Çatdırılma :
Yerli istehsalın gücünə və ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərə inanmaqla bərabər yeni növ yapışqan lentləri, standart və sizə özəl olan sifarişlərinizi 24 saat ərzində istehsal edib, Bakı və Abşeron daxili çatdırılmanı həyata keçiririk. Günümüzün ən mühüm problemlərindən olan vaxtında təhvil və nəqliyyat xərclərini minimuma endirərək müştərilərimizə xidmət edirik. İstehsal və çatdırılma etdiyimiz məhsul çeşidlərimiz : Yapışqan Lent (Skoç), Loqolu Yapışqan Lent, Rəngli Yapışqan Lent, Kağız Lent (Malyar), Təmir Lenti (Duct), İkitərəfli Yapışqan Lent, PVS İzolentlər, Hot Melt Yapışqan Lentlər, Alüminium Folqa Lent, Xəbərdarlıq Lenti və Sürüşməyə Qarşı Lent.