Bakı ş., Binəqədi r., Binəqədi şossesi
sales@onpack.az

Kağız (malyar) yapışqan lent hansı sahələrdə istifadə olunur ?

Malyar lent olaraq da bilinən kağız lent, bir çox fərqli sənaye və digər sektorlarda müxtəlif məqsədlər üçün istehsal edilən ən məşhur və geniş istifadə olunan lentlərdən biridir. Kağız lentlər boya, avtomobil sənayesi, qida, sənaye və bir çox başqa sahələrdə mühafizə və örtük üçün istifadə olunur. Fərqli istilik və soyuğa müxtəlif dərəcədə müqavimət göstərən bir çox lentlər var. Bu lentlərin ən vacib xüsusiyyətləri davamlı, ekoloji cəhətdən təmiz və istiliyə davamlı olmalıdır. Bir çox fərqli sahədə istifadə edilən bu lentlər təkrar emal olunma qabiliyyətinə malikdir.

 

Uğurlu işlərinizin qəhrəmanı kağız lent.

Evlərdə, iş yerlərində və ofislərdə boyama, suvaq və dekor işlərində istifadə olunan və materialların istənilməyən səthlərə yayılmasının qarşısını alan lent növüdür. Səthlərə asanlıqla yapışdırıla bilən kağız lent istifadə edildikdən sonra iz buraxmadan asanlıqla çıxarılır və qırılmır. Kağız lentin istifadə edildiyi səthlərdə boya və lak kimi çətin təmizlənən materiallardan səthi qorumuş olur. Sürətli və praktik olması ilə yanaşı, qənaətcil olmasıda ayrıca üstünlükdür. İstənilən səthə asanlıqla tətbiq oluna bilir və yapışqanı möhkəm olmasına baxmayaraq, onu qopararkən heç bir problem yaratmır.

 

Kağız lent harada istifadə olunur?

Şüşə səthlər, qapı dayaqları, sabit şkaflar və ya divar və tavanlar kimi taxta səthlərdə asanlıqla istifadə edilə bilər. Elektrik rozetkaları, işıqlandırma məhsulları və qoruyucu qutular kimi plastik səthlərdə də istifadə edilə bilər. Boyanma zamanı boyanmasını istənilməyən səthlərə asanlıqla yapışdırıla bilən kağız lent tətbiq edildikdən sonra asanlıqla çıxarıla bilir.

 

Kağız lentin qiymətləri nə qədərdir?

Günün bütün sahələrində tez-tez istifadə olunan kağız lent, ümumiyyətlə uzunluğa və qalınlığa görə qiymətləri dəyişir. Ümumiyyətlə təbii kağız rənglərində istehsal olunan lentlər müxtəlif metrəkərdə rulonlar formasında bazarda satışa çıxarılır. Kağız lentlərin qiymətləri markasına görə dəyişir. Bu tərz məqamlarda keyfiyyət çox önəmlidir. Xüsusilə rəngləmə zamanı keyfiyyətsiz kağız lenti ağırlıq altında olanda qopub çıxa bilər. Qapan kagız lent həmin vaxt təmir edilən işədə zərər verə bilər. Belə halların qarşısını almaq üçün keyfiyyətli və mümkünsə qiymət-performans baxımından diqqətli olun. Həmçinin çox baha başa gələn bir lent almaqla məmnun qalmama ehtimalını da nəzərə alın.

 

ON PACK sizə bu mövzu ilə bağlı ən keyfiyyətli xidməti təklif edir. Əftaflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın!

Ünvan
Bakı ş., Binəqədi r., Binəqədi şossesi
Copyright © 2024
Sosial şəbəkələr:
WhatsApp